image-1backend

Ukraynada müharibə başa çatır – Keyt Kelloq açıqladı

image-reklam_sirab_01

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq yaxın həftələrdə Ukraynada müharibəyə son qoymağın bir neçə variantını açıqlamağı planlaşdırır.Vətəninfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Nəşr yazır ki, Kelloq Münhen Təhlükəsizlik Konfransında, həmçinin Kiyevə və Avropa paytaxtlarına səfərləri zamanı rəsmi şəxslərdən rəy və məlumat toplamaq niyyətindədir.

Güman edilir ki, alınan bütün təkliflər Tramp və Vladimir Putin və Vladimir Zelenski arasında birbaşa danışıqlara yol açmağa kömək edəcək.

Bundan əlavə, Kelloq Avropa liderləri ilə mümkün sülh sazişini dəstəkləmək üçün təhlükəsizlik məsələlərində aparıcı rol oynamağa hazır olduqlarını müzakirə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image