image-reklam-veteninfo
image-1backend

Ukraynada rəsmi olaraq 42 min insan itkin düşüb

image-reklam-veteninfo

Ukraynanın xüsusi şəraitdə itkin düşmüş şəxslərin vahid reyestrində hazırda 42 min nəfərin itkin düşdüyü bildirilir. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Vəziyyətlərdə İtkin Şəxslər İdarəsinin rəisi Dmitri Boqatyuk bildirib.

“Ümumilikdə, reyestr başlayandan itkin düşmüş hesab edilən 51 mindən çox şəxsin məlumatları daxil edilib. Hazırda həmin sıraya axtarışda olanlar da daxildir. Onların təxminən 42 min nəfəri var”, – onun sözlərini “Ukrainform” dövlət agentliyi sitat gətirib.

Boqatyukun qeyd etdiyi kimi, Daxili İşlər Nazirliyində məlumatı artıq təsdiqlənmiş 7 minə yaxın şəxs haqqında da məlumat var. Qurum rəsmisinin sözlərinə görə, onlardan 3000-nin yeri dəqiqləşib, sağdırlar və sağ-salamatdırlar. onların əksəriyyəti keçmiş hərbi əsirlərdir. Bundan əlavə, itkin düşmüş hesab edilən əksəriyyəti əsgər olan 4000 cəsəd var.

Boqatyuk döyüş bölgəsinə göndərilən hərbi qulluqçulardan DNT nümunələrinin götürülməsi baxımından da mövcud problemlərə diqqət çəkərək, hazırda ölkənin Müdafiə Nazirliyinin belə bir proseduru həyata keçirmədiyini qeyd edib.

2024-cü ilin mart ayına olan məlumata görə, Ukraynada 50 mindən çox insan itkin düşmüş hesab edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki