image-reklam-veteninfo
image-1backend

“Ukraynadakı münaqişənin bitməsi Çinə sərf etmir”

image-reklam-veteninfo

Kaya Kallas jurnalistlərə müsahibəsində deyib ki, Çin Ukraynadakı münaqişənin bitməsindən faydalanmır.

Jurnalist “Xəbərlər yayılıb ki, güya Van İ sizə deyib ki, Çinə Rusiyanın bu müharibədə məğlub olmaması çox vacibdir. Bu nə qədər həqiqətə uyğundur?” sualına verdiyi cavabda bu bəyanatla çıxış edib.

Avropa diplomatiyasının rəhbəri Çinli həmkarı Vanq İ ilə danışdığını və Vanq İ ona bu müharibənin bitməsindən faydalanmadıqlarını deyib, çünki belə olan halda, Amerikanın diqqətini Çinə yönəldəcəyini və bu, onların maraqlarına uyğun olmadığını söylədiyini bildirib.
“Daha sonra Yaponiyadan olan bəzi analitiklərlə danışdım və onların qərarı belə oldu: Ukraynadakı müharibə Çində o qədər də populyar deyil. Buna görə də, hakimiyyət orqanları əhalisinə əslində bu müharibənin əsas iştirakçılarından biri olduqlarını izah etməlidirlər. Və bunu yumşaltmaq üçün onlar “Baxın, bu, bizim maraqlarımıza uyğundur” deyirlər və mövqelərini əsaslandırırlar”, – Kallas əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki