Ali Rada Rusiyanı pilotsuz təyyarələr və silahlarla təmin etməsi səbəbindən İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqini təsdiqləyib.
Vətəninfo.az xəbər verir ki, İrana qarşı sanksiyaların tətbiqinin Ali Radada səsə qoyulması zamanı onu 328 deputat dəstəkləyib.
“Ukraynanın İrana qarşı sanksiyalarını ehtiva edən bu qanun layihəsi bütün sivil dünyanın İranın tam təcrid olunması istiqmətindəki hərəkətləri ilə kordinasiya təşkil edir”,- Ali Radanın bəyanatında qeyd edilib.
Qanun layihəsinin icrası İran mallarının Ukrayna ərazisindən daşınmasını və İranın bu ölkənin hava məkanından istifadəsini dayandıracaq.
Ukraynanın İranla ticarəti də tamamilə dayandırılacaq və Ukrayna vətəndaşlarının İrana investisiya yatırmaq hüququ olmayacaq. Habelə, Ukrayna Mərkəzi Bankının İranla əməkdaşlıq etməsi qadağandır.
Qeyd edək ki, mayın 28-də Ukrayna prezidenti Vladimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış etmişdi.


























