image-1backend

Ukraynadan şok qərar: Avropanın qazını kəsir

image-reklam_sirab_01

Rusiya qazının Ukrayna ərazisindən tranziti müvafiq müqavilənin müddətinin başa çatması ilə əlaqədar 2025-ci il yanvarın 1-də səhər saatlarında dayandırılacaq.

Vətəninfo.az  xəbər verir ki,  bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Ali Radada çıxışı zamanı bildirib.

Ukraynanın “Nevtoqaz”ı ilə Rusiyanın “Qazprom” şirkəti arasında tranzit müqaviləsi 2019-cu ilin sonunda beş il müddətinə imzalanıb.

Rusiyadan qaz Avropa ölkələrinə Ukrayna ərazisi ilə çatdırılır.

“Bu gündən biz başa düşürük ki, qaz tranziti müqaviləsi 2025-ci il yanvarın 1-də başa çatır. Səhər saat 7-də həmin müqavilənin başa çatması ilə əlaqədar tranzit fiziki olaraq bağlanacaq”, – Şmiqal bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image