Ötən həftə ərzində Ukrayna Müdafiə Qüvvələri Donetsk və Zaporojya vilayətlərində 7 yaşayış məntəqəsini azad edib.
Beləliklə, Ukrayna silahlı qüvvələri ölkənin 100 kvadrat kilometrdən çox ərazisinə nəzarəti bərpa edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Hərbi Media Mərkəzində keçirilən brifinqdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general Aleksey Qromov bildirib.


























