Rusiya hava hücumundan müdafiə sistemləri bu gecə Rusiya ərazisi üzərində Ukraynanın 26 pilotsuz təyyarəsini məhv edib.
Vətəninfo.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
“Rostov vilayətində 15, Oryolda 4, Belqorodda 3, Bryansk və Kursk vilayətlərində hər birində 2 PUA məhv edilib”, – məlumatda deyilir.
Yada salaq ki, Rusiya-Ukrayna müharibəsindən bəri Ukrayna ordusu müxtəlif vasitələrdən (o cümlədən PUA-lardan) istifadə etməklə Rusiyanın sərhəd rayonlarını, xüsusən də Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini mütəmadi olaraq atəşə tutur və hücuma keçir.