image-timthumbbackend

Ukraynanın suverenliyi praktiki olaraq itirilib – Orban

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının efirində deyib ki, Ukraynanın mövcudluğu və Ukrayna silahlı qüvvələrinin canlılığı yalnız Qərb ölkələrindən gələn pullara əsaslanır.

O qeyd edib ki, Ukraynanın suverenliyi praktiki olaraq itirilib.

“Maliyyə gəliri olmayan, müharibə zamanı özünü maliyyələşdirmək bir yana dursun, vətəndaşlarını işlə təmin edə bilməyən ölkə suveren deyil”, – deyə siyasətçi öz mövqeyini belə izah edib.

Orban vurğuladı ki, döyüşmək üçün üç şey lazımdır: pul, pul və pul. Macarıstanın baş naziri qeyd edib ki, silahlanmanın inkişafı ilə yanaşı, hərbi xərclər daha da artıb.

“İndi Ukraynanın təhlükəsizliyini ancaq Qərbin pulu saxlayır”, – deyə o, yekunlaşdırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki