image-1118783backend

Ukraynaya getmək istəyən muzdlular həbs edildi

image-reklam_sirab_01

Kuba hakimiyyəti kubalıları Ukrayna tərəfində Rusiyaya qarşı döyüşmək üçün cəlb edən cinayətkar şəbəkənin üstünü açıb.
Kuba hakimiyyəti, iştirakçılarının Kuba vətəndaşlarını Ukraynada Rusiya uğrunda döyüşməyə məcbur edən insan alveri cinayətkar şəbəkəsinin aşkarlandığını elan etdi. Bu barədə Vətəninfo.az Kuba Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Daxili İşlər Nazirliyi Rusiyadan fəaliyyət göstərən, orada yaşayan və hətta Kubada məskunlaşan Kuba vətəndaşlarını Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən silahlı qüvvələrin sıralarına cəlb edən insan alveri şəbəkəsini müəyyən edib və zərərsizləşdirmək və aradan qaldırmaq üzərində işləyir. Bu cür cəhdlər zərərsizləşdirilib, bu fəaliyyətlə məşğul olanlara qarşı cinayət işi başlanıb”, – Kuba Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik əlavə edir ki, “Kubanın düşmənləri ölkənin reputasiyasını ləkələməyə və onu bu cür hərəkətlərdə şərik kimi təqdim etməyə çalışırlar, biz bunu qəti şəkildə rədd edirik”.

Məlumata görə, Kuba tarixən muzdlulara qarşıdır və “Ukraynadakı müharibənin bir hissəsi deyil”.

Rusiya hələlik bu bəyanatı şərh etməyib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki