“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç karyerasını İtaliyada davam etdirə bilər, jurnalist Fabrizio Romano sosial şəbəkədəki səhifəsində yazıb. Məlumata görə, “Milan”ın yeni idman direktoru İqli Tare xorvatiyalı yarımmüdafiəçini kluba dəvət etmək niyyətindədir.
Məlumata görə, albaniyalı mütəxəssis artıq İtaliya klubunun rəhbərliyi ilə belə bir transferin mümkünlüyünü müzakirə etməyi bacarıb. Xəbər verildiyi kimi, Modriç bir neçə klubdan bir anda təklif alıb və hələ ki, yeni klub seçimi ilə bağlı qərar verməyib. Xatırladaq ki, onun “Real”la müqaviləsi bu yay başa çatır. 39 yaşlı idmançı “azad agent” kimi istənilən kluba keçə biləcək.