Milli Məclisin inzibati binasında deputat Ülvi Quliyev növbəti vətəndaş qəbulu keçirib.
Vətəninfo.az xəbər verir ki, qəbul zamanı, əsasən, sosial problemlərin həlli və idman ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.