Bu gün 15 saylı Yasamal birinci seçki dairəsindən 1 sentyabr növbədənkənar parlament seçkilərində namizəd olan Ülvi Quliyev görüş keçirib. Görüşdə iştirak edən seçicilərə, ilk növbədə, şəhidlərin ailə üzvlərinə və qazilərə söylədikləri səmimi fikirlərə, verdikləri dəstəyə görə səmimi qəlbdən təşəkkür edən Ülvi Quliyev bildirib ki, bu görüşlər mütəmadi olacaq.
Görüşdə səsləndirilən problem və şikayətlərin həllinə çalışacaqlarını bildirən Ülvi Quliyev görüşdə iştirak edən seçicilərə təşəkkür etdi.