Milli Məclisin deputatı Ülvi Quliyev və Yasamal rayonunun ziyalıları, ictimaiyyət nümayəndələri 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhid hərbçiləri Teymur Abbasov, Yusif Nəcəfov və Nurlan Mustafayevin məzarlarını şəhadətlərinin ildönümündə yad ediblər.
Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Daha sonra şəhidlər üçün ehsan süfrəsi verilib.