Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) mütəxəssislərinin tezliklə Kursk Atom Elektrik Stansiyasına (AES) gedəyinə ümid etdiklərini bildirib.
Vətəninfo.az xəbər verir ki, Ukrayna ordusunun Kursk, Belqorod və Bryansk vilayətlərinə hücumu ilə əlaqədar rəsmilərlə görüşündə V.Putin deyib: “UAEA Kursk AES-ə ekspertlər göndərəcəyinə söz verib. Ümid edirəm ki, onlar bunu əvvəl-axır etsinlər. Düşmən (Ukrayna) 21 avqust gecəsi Kursk AES-ə hücuma cəhd edib”.
Kursk İcra Hakimiyyətinin sədr müavini Aleksey Smirnov görüşdə Putinə elektrik stansiyasındakı vəziyyət barədə məlumat verərək bildirib: “Məsələ ilə bağlı Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un rəsmiləri ilə görüş keçirdik. Stansiya normal çalışır”.
Qeyd edək ki, “Rosatom” avqustun 17-də verdiyi məlumata görə, Ukraynanın hücumları səbəbindən Kursk AES ətrafında vəziyyət pisləşib.
Avqustun 6-da Ukrayna ordusunun başladığı hücumlardan sonra Rusiyanın Kursk vilayətində şiddətli döyüşlər gedib.