image-22backend

UNİCEF: ”Sudanda 190 uşaq öldürüldü”

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Sudanda münaqişənin başladığı gündən bu yana 190 uşağın öldüyünü, 1700 uşağın yaralandığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, UNICEF-in icraçı direktoru Caterin Rassel mövzu ilə bağlı verdiyi yazılı açıqlamada bütün münaqişələrdə olduğu kimi, uşaqların  ən çox zərər çəkənlər arasında olduğunu və onların qorunması üçün hər cür səyin göstərilməsinin vacibliyini vurğulayıb.

Bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və uşaqların təhlükəsizliyini təmin etməyə çağıran Rassel deyib: “Sudanda vəziyyət ağırdır və bunun bədəlini uşaqlar öz həyatları ilə ödəyir. Münaqişə uşaqlar üçün dayandırılmalıdır”.

Rassel vurğulayıb ki, tərəflər tibb müəssisələrinə, məktəblərə, su və kanalizasiya obyektlərinə və digər infrastrukturlara hücumları dayandırmalıdır.

UNİCEF-in Sudandakı təsisatlarının zədələndiyini və ehtiyatlarının talan edildiyini qeyd edən Rassel bu vəziyyətin yardım səylərinə ciddi  təsir göstərdiyini qeyd edib.

Rassel “UNICEF həmçinin Sudanda uşaqların sülh içində böyüməsi və gələcəyə ümidlə baxması üçün böhrana uzunmüddətli siyasi həll yolunun tapılması ilə əlaqədar çağırış edir”.

2013-cü ildə Darfur bölgəsindəki silahlı üsyançılara qarşı hökumət qüvvələrinə dəstək vermək üçün yaradılmış xüsusi təyinatlı qüvvələrin  orduya qatılmasını nəzərdə tutan “hərbi təhlükəsizlik islahatı” ilə bağlı son bir neçə ayda yaranan fikir ayrılığı  aprelin 15-i səhər saatlarından gərgin qarşıdurmaya çevrilib.

Sudanın Xarici İşlər Nazirliyi, Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhanın xüsusi təyinatlı qüvvələrin ləğv edilməsi  və  üsyançı qüvvə elan edilməsi barədə qərar verdiyini açıqlayıb.

Sudan Səhiyyə Nazirliyi ordu ilə xüsusi təyinatlı qüvvələr arasında aprelin 15-də başlayan qarşıdurmalarda həyatını itirənlərin sayının 550-yə, yaralı sayının isə 4926-ya yüksəldiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki