image-3backend

Ursula fon der Leyen: Avropa İttifaqı müharibə başlayandan bəri Ukraynaya 108 milyard avro maliyyə dəstəyi verib

image-reklam_sirab_01

Avropa İttifaqı (Aİ) 2022-ci il fevralın 24-dən etibarən Ukraynaya ümumilikdə 108 milyard avro məbləğində maliyyə, humanitar və hərbi dəstək verib.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen rəsmi ”X” internet səhifəsində Avropa İttifaqı və üzv ölkələrin müharibə başlayandan bəri Ukraynaya verdiyi dəstək haqqında paylaşım edib.

Müharibənin ilk günündən Aİ-nin Ukraynanın tərəfində olduğuna diqqət çəkən Ursula fon der Leyen deyib: “Avropa İttifaqı və üzv dövlətlər olaraq Ukraynaya təxminən 108 milyard avro dəstək verdik”.

Ukraynanın qələbə qazanacağını ifadə edən Ursula fon der Leyen həmçinin deyib: “Aİ lazım olduğu müddətcə Ukrayna və xalqının yanında olmağa davam edəcək”.

Aİ-nin yaydığı məlumatlarına görə, müharibə başlayandan bəri Avropa İttifaqı və üzv ölkələrin Ukraynaya verdiyi təxminən 108 milyard avroluq dəstəyin 52 milyard avrosu maliyyə və humanitar, 39 milyard avrosu isə hərbi yardım şəklində olub.

Aİ ölkələrinə sığınan ukraynalılara 17 milyard avro xərclənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki