Ursula fon der Leyen Kiyevə gəlib
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə gəlib. Vətəninfo.az-ın məlumatına görə , o, bu barədə X sosial platformasındakı səhifəsində məlumat verib.
“Mənim Kiyevə səkkizinci səfərim istilik mövsümü başlamazdan əvvələ təsadüf edir, çünki Rusiya enerji infrastrukturunu hədəfə almağa davam edir”, o yazıb.
Avropa Komissiyasının sədri Avropanın Kiyevə dəstəyini müzakirə etmək üçün Kiyevə getdiyini açıqlayıb.
Kiyevdə fon der Leyen müdafiə məsələləri, qışa hazırlıq, Ukraynanın Aİ-yə daxil olması, həmçinin G7-nin Ukraynaya kredit ayırması məsələsini müzakirə etmək niyyətindədir.