ABŞ-ın Tbilisidəki səfirliyi Gürcüstan kəşfiyyatının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) kütləvi iğtişaşların təşkilinə yönəlmiş bəzi təlimləri maliyyələşdirməsi barədə bəyanatını yanlış adlandırıb.
Vətəninfo.az “TASS” istinadən xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 2-də bəyan edib ki, üç Serb vətəndaşı USAİD-in dəvəti və maliyyəsi ilə sentyabrın 25-də respublikaya gələrək, qeyri-hökumət təşkilatları və vətəndaş fəallarının iştirakı ilə kurslar keçirib. ölkədə hökumətin zorakılıqla devrilməsində iştirak etməli olduqları iddia edilirdi.
Gürcüstan rəhbərliyi kəşfiyyat xidmətlərinin təhqiqatı ilə bağlı USAID-dən açıqlama tələb edib.
“Bu gün dəstəklədiyimiz layihələrdən birinə qarşı irəli sürülən ittihamlar yanlışdır və Gürcüstana yardımımızın məqsədlərini təhrif edir. USAID 1992-ci ildən Gürcüstan xalqına dəstək verir. Həmişə olduğu kimi, bu yardım şəffafdır”, – səfirliyin bəyanatında deyilir.
Məlumdur ki, “Kanvas” təşkilatını təmsil edən Serbiya vətəndaşları Dövlət Təhlükəsizlik Xidmətində dindirilib və artıq Gürcüstanı tərk ediblər.