image-reklam-veteninfo
image-zorbackend

“Uşaq zorakılığına qarşı” mövzusunda seminar-treniq keçirilib

image-reklam-veteninfo

“Uşaq Hüquqları Müdafiəsi Liqası” İctimai Birliyinin təşkilatçılığı ilə təşkilatın ofisində “Uşaq zorakılığına qarşı” mövzusunda növbəti seminar-treniq baş tutub. Tədbir cəmiyyətdə uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə həyata keçirilib.

 

Vətəninfo.az xəbər verir ki, seminar-treniq zamanı iştirakçılara uşaqlara qarşı törədilən zorakılıq hallarının səbəbləri, onların erkən mərhələdə aşkarlanması və gələcəkdə baş verməsinin qarşısının alınması istiqamətində atılmalı olan zəruri addımlar barədə ətraflı məlumat verilib. Semnar-trniqdə çıxış edən mütəxəssislər vurğulayıblar ki,uşaqlara qarşı fiziki, psixoloji zorakılıq və laqeyd yanaşma hallarının ilkin əlamətlərinin tanınması,zorakılıq riskləri ilə mübarizədə ailənin, məktəbin və cəmiyyətin birgə fəaliyyət mexanizmləri,zərərçəkmiş uşaqların hüquqlarının müdafiəsi, onların reabilitasiyası və müvafiq dövlət qurumları ilə operativ əməkdaşlıq çox vacibdir və qeyd olunan bütün hallar dəqiq və müxtəlif formalarda öz həllini tapmağa məhkumdur.

Tədbir qarşılıqlı müzakirə və sual-cavab şəraitində davam edib. İştirakçılar gündəmdə olan mövzu ilə bağlı real hadisə nümunələrini təhlil edib, çətin vəziyyətlərdə uşaqlara necə dəstək göstərilməli olduğunu praktiki şəkildə müzakirə ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bu cür maarifləndirici treniqlərin gələcəkdə də mütəmadi olaraق davam etdiriləcəyi vurğulanıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki