2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uşaqlar və Gənclər – Sağlamlıq və Təhsil” adlı yan tədbir keçirib.
Tədbirdə Qana və Kenya respublikalarından dəvət olunmuş ekspertlər, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri, ekoaktivistlər, həmçinin fəal gənclər iştirak etdilər. İştirakçılar uşaq və gənclərin sağlamlığı, ekoloji təhsil, sosial rifah və davamlı gələcək qurulmasında onların oynadığı əsas rollar barədə geniş fikir mübadiləsi apardılar.
Panel müzakirələri zamanı iştirakçılar gənclər arasında ekoloji şüurun artırılması, səhiyyə sisteminə əlçatanlıq və təhsil sahəsində innovativ yanaşmaların tətbiqi kimi mövzular ətrafında dərin müzakirələr apardılar. Beynəlxalq təcrübələrə əsaslanan real həllər təklif edildi və iştirakçılar arasında gələcək əməkdaşlıq imkanları müzakirə edildi.
Tədbir, COP29 çərçivəsində uşaqlar və gənclərin qlobal miqyasda qarşılaşdığı problemlərin işıqlandırılması və həlli istiqamətində əhəmiyyətli addım oldu.