image-1backend

V Ümumdünya Köçəri Oyunlarının “Birlik karvanı” başladı

image-reklam_sirab_01

Sentyabrın 8-dən 13-dək Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunları ərəfəsində Türküstan bölgəsində “Birlik kerueni” (“Birlik Karvanı”) layihəsi təşkil olunub. Layihə çərçivəsində karvan Türküstandan paytaxta yollanıb. Müxtəlif bölgələrdən olan idmançıların iştirakı ilə yerlərdəki müqəddəs bulaqlardan və quyulardan su götürülərək Astana şəhərinə çatdırılacaq.

V Ümumdünya Köçəri Oyunları 21 idman növü üzrə keçiriləcək. Tədbirdə 89 ölkədən təxminən 2800 nəfərin iştirak edəcəyi gözlənilir. Onlar 97 dəst medal uğrunda yarışacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki