image-1backend

Valensiyada xaos:  çoxlu itkin düşənlər var

image-reklam_sirab_01

İspaniyanın müdafiə naziri Marqarita Robles ölkənin şərqində sel və leysan yağışları nəticəsində itkin düşənlərin çox olduğunu açıqlayıb. Vətəninfo.az  xəbər verir ki , bu barədə TASS nazirin Telecinco telekanalına müsahibəsinə istinadən məlumat yayıb.

“İtkin düşənlərə gəlincə, biz hələlik məlumatları yoxlaya bilmirik. Çoxlu itkin düşənlər var”, – Robles bildirib.

İspaniyada güclü yağış və daşqın qurbanlarının sayı 95-ə çatıb ki, onlardan 92-si Valensiyadadır. İspaniyanın digər bölgələrində də 3 nəfər pis havanın qurbanı olub.

Ölkə hakimiyyəti daşqın qurbanlarının xatirəsinə oktyabrın 31-dən noyabrın 2-dək matəm elan edib.

İspaniya ilə həmrəylik əlaməti olaraq Brüsselin Avropa məhəlləsində Avropa İttifaqının bayraqları endirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki