image-1backend

“Vaqner”çilər yenidən savaşa atılır -Kurska göndərildilər

image-reklam_sirab_01

“Vaqner”in bölmələri sərhəddə hərbi əməliyyatlara qoşulmaq və ukraynalıların hücumuna müqavimət göstərmək üçün Kurska hərəkət edir.
Vətəninfo.az xəbər verir ki, bu barədə “On üçüncü” təxəllüsü ilə tanınan hərbi müxbir Yeqor Quzenko məlumat verib.

“Vaqner” döyüşçüləri Rusiyaya qayıdırlar”, – hərbi müxbir öz Telegram kanalında yazıb. Quzenkonun dərc etdiyi videoda döyüşçülər Ukrayna silahlı qüvvələrinin mövqelərini məğlub etmək üçün Kurska hərəkət etdiklərini bildiriblər.

Bundan əvvəl Ukrayna silahlı qüvvələrinin bölgəyə intensiv hücumu ilə əlaqədar Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiyanın Ka-52 helikopterlərinin Ukrayna ilə sərhəddə düşmənin silahlı qüvvələri və hərbi texnikasına hava silahlarından istifadə etdiyini bildirib.

Kursk vilayətinin səmasında 5 raket məhv edilib. Bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib. O, həmçinin altı pilotsuz təyyarənin vurulduğunu bildirib.

Bundan əvvəl Ukrayna KİV-i iddia edirdi ki, onların hərbçiləri Kurskda bir sıra kəndləri ələ keçirə bilib, həmçinin rus hərbçilərini əsir götürə biliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki