image-1backend

“Vaqner” Ukraynada 22 min döyüşçü itirib – PMC-nin kanalı açıqladı

image-reklam_sirab_01

“2022-ci ilin fevralından Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxilənin başlanmasından 2023-cü ilin mayında Baxmutun tutulmasına qədər PMC “Vaqner” 22.000 döyüşçü itirib. Bu, demək olar ki, hərbi şirkətin hər üç döyüşçüsündən biridir”.

Belə bir qiymətləndirmə PMC-yə yaxın olan “Unloading Wagner” teleqram kanalı tərəfindən yayımlanıb.

Kanal “Marks” şərti adlı PMC üzvünün sözlərini sitat gətirir, onun hazırda muzdluların qərargahına komandanlıq etdiyi iddia edilir.

Onun sözlərinə görə, müharibə zamanı “Vaqner”ə ümumilikdə 78 min insan qoşulub, onlardan 49 mini Rusiya həbsxanalarında cəza çəkən məhbuslar olub.

Marksın iddiasına görə, döyüşlərdə muzdlulardan 40 mini yaralanıb.

Rusiya qoşunlarının yalnız bir hissəsinin qeyd olunan itkiləri, Əfqanıstanda 1979-1989-cu illərdə davam etmiş müharibədə sovet ordusunun rəsmi ölənlərin sayından (15 051) 46 faiz çoxdur.

Həmçinin Birinci Çeçenistan Müharibəsində Rusiya ordusunun bərpa olunmaz itkilərindən dörd dəfə çoxdur.

“Vaqner”in öldürülən döyüşçülərinin sayı Rusiyanın bir neçə yüz şəhərinin, o cümlədən Bologoy, Omutninsk, Ryazanın əhalisindən çoxdur.

Moskva ölənlər barədə məlumat vermir. Müdafiə Nazirliyi sonuncu dəfə 2022-ci ilin sentyabrında həlak olanların ümumi sayının 5937 olduğunu açıqlamışdı. O zaman hətta Rusiyanın hərbyönlü icmasında belə hesablamalar tənqid olunurdu: söhbətin müharibədə iştirak edən digər güc strukturları və birləşmələrini nəzərə almadan yalnız Rusiya ordusunun hərbi personalının verdiyi itkilərdən getdiyi iddia edilirdi.

İyul ayında “Meduza” və “Mediazona” nəşrləri Ukraynaya genişmiqyaslı işğalın 15 ayı ərzində 47 minə yaxın rus əsgərinin öldürüldüyü araşdırmasını dərc etmişdi. Bu qiymətləndirmə və “Vaqner” kanalında yayılan informasiya düzgündürsə, demək olar ki, Ukraynada öldürülən hər ikinci rus əsgəri “Vaqner” PMC-də xidmət edib.azpolitika

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki