image-image_750x_6496961005d44backend

Vaqnerçilər  Moskvaya gedirlər, Milli Qvardiyanın mövqeyi hər şeyi həll edəcək – Britaniya kəşfiyyatı

image-reklam_sirab_01

“”Vaqner Qrupu”nun bölmələri Voronejdən Moskvaya gedir .” Vətəninfo.az xəbər verir ki, bu barədə  Britaniya kəşfiyyatı məlumat yayıb.

İngilislər adi səhər hesabatlarında Vaqner Qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasındakı düşmənçiliyin açıq hərbi qarşıdurmaya çevrildiyini bildiriblər. Yevgeni Priqojinin elan etdiyi “azadlıq marşı”ndan sonra muzdlular ən azı iki yerdə Ukraynanın işğal olunmuş hissəsi ilə Rusiya arasındakı sərhədi keçiblər.

Britaniya kəşfiyyatı qeyd edir ki, muzdlular “demək olar ki, şübhəsiz” Rostov-na-Donudakı əsas təhlükəsizlik obyektlərini, o cümlədən Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına rəhbərlik edən qərargahı ələ keçiriblər. Eyni zamanda, Vaqner bölmələri Voronej vilayətindən keçərək şimala, Moskva istiqamətində hərəkət edirlər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki