image-varbackend

Vardanyan Bakı-Xankəndi danışıqlarından dəm vurdu

image-reklam_sirab_01

Qarabağdakı separatçıların nümayəndəsi, həm də rusların bölgədəki kuklası Ruben Vardanyan yenə naqqallığına davam edib. Vətəninfo.az xəbər verir ki, o, özünün Facebook hesabında Bakı-Xankəndi danışıqları barədə qeydlər edib.

Vardanyan iddia edib ki, Bakı-Xankəndi danışıqları indiki şərtlər və şəraitdə aparıla bilməz. “Danışıqların gündəliyi artıq əvvəlcədən hazırlanıb və tərəflərdən birinin istəyi əsasında müəyyən edilib. Üstəlik, faktiki olaraq Ermənistan hakimiyyəti tərəfindən təsdiqlənib”.

Rusiyanın kuklası yazır ki, danışıqlar üçüncü tərəfin iştirakı ilə aparılmalıdır. “Ermənistan rəhbərliyi mövqeyini dəyişməli və Ermənistan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş öhdəliklərini yerinə yetirməyə qayıtmalıdır. Və onları bu məsələdə yanaşmalarını dəyişməyə məcbur etməliyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image