Vətəninfo.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin qeyd edib ki, Azərbaycan və Ermənistan əslində ABŞ və Aİ-nin sülh yolu ilə nizamlanma ilə bağlı tövsiyələrinə qulaq asmır, bütün məsələləri müstəqil həll etməyə üstünlük verir.
Narışkin “Razvedçik” jurnalına müsahibəsində ABŞ-ın bütün cəbhələrdə təşəbbüsü itirdiyini, Vaşinqtonun postsovet məkanında isə uğursuzluğa düçar olduğunu vurğulayıb.