ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyinin müavini Jannet Makkeyb bu gün İran, Rusiya və Çinin bu ölkənin kritik infrastrukturuna kiberhücum etmək və onları sıradan çıxarmaq üçün fəal səy göstərdiklərini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Jannet Makkeyb bildirib ki, ABŞ-nin su və kanalizasiya sisteminin bu ölkələrin zərər verməyə çalışdıqları infrastrukturlardan biri olduğunu vurğulayıb.
Eyni zamanda, sözügedən agentlik ölkənin su obyektlərinə qarşı kiberhücum ehtimalının artması ilə bağlı xəbərdarlıq edərək, ABŞ vətəndaşlarının içməli suyunun qorunması üçün müvafiq təşkilatlardan təcili tədbirlər görmələrini istəyib.