Vaşinqtonda keçirilən NATO dövlət və hökumət başçılarının sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
Türkiyə mənbələrinin məlumatına görə, görüş zamanı Ərdoğan Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinin vacibliyini vurğulayıb və Türkiyənin bu məsələdə Fransadan dəstək gözlədiyini qeyd edib.