image-reklam-veteninfo
image-1backend

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı öldürülüb-YENİLƏNİB

image-reklam-veteninfo

08:56

Vaşinqtonda (ABŞ) Paytaxt Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin 2 əməkdaşını güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə paytaxt Polis Departamentinin rəisi Pamela Smit mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, şübhəli şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqezdir. Atışmadan əvvəl onun muzeyin dolaşdığı müşahidə edilib.

Hadisə zamanı həmin şəxs dörd nəfərlik qrupa yaxınlaşaraq tapançadan iki nəfərə atəş açıb. Atışmadan sonra o, muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb.

İsrail səfirliyi hadisə qurbanlarının nişanlı olduğunu açıqlayıb.

***

08:25

ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər – bir qadın və bir kişi güllələnərək öldürülüb.

Bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.

İsrailin ABŞ-dakı səfiri Yeçiel Leiterin sözlərinə görə, çərşənbə günü gecə “Azad Fələstin” adı ilə  güllələnən bu iki nəfər “nişanlanmaq üzrə olan gənc cütlük” idi.

Qatili tutmaq hələ ki mümkün olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki