image-2backend

Vaşinqtonda NATO sammiti işə başlayıb

image-reklam_sirab_01

İyulun 9-da Vaşinqtonda NATO-nun yaradılmasının 75-ci ildönümünə həsr olunmuş sammit öz işinə başlayıb. Üç gün davam edəcək sammitdə 32 üzv dövlətin hamısının, həmçinin Avstraliya, Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya və Ukraynanın nümayəndə heyətləri iştirak edir.

Vətəninfo.az xəbər verir ki,  ABŞ prezidenti Co Bayden səlahiyyət müddəti sentyabrda başa çatacaq NATO-nun baş katibi Yens Stoltenberqi Prezident Azadlıq medalı ilə təltif edib.

Gözlənilir ki, Ukraynaya hərbi və humanitar yardımın göstərilməsi ilə bağlı yeni öhdəliklər sammitin əsasını təşkil edəcək.

Bayden və Almaniya, İtaliya, Hollandiya və Rumıniya liderləri Ukrayna prezidenti ilə birgə bəyanat yayaraq, Kiyevə əlavə beş Patriot sistemi və digər strateji hava hücumundan müdafiə sistemlərinin verildiyini elan ediblər.

Öz növbəsində, “Foreign Policy” jurnalı yazır ki, NATO bu həftə Almaniyada Ukrayna qüvvələrinin Kiyevin alyansa mümkün üzvlüyü üçün təlim keçəcəyi komanda mərkəzinin açılması barədə razılığa gəlməyi planlaşdırır. NATO dəfələrlə bəyan edib ki, Ukrayna Rusiya ilə müharibə başa çatdıqdan sonra alyansa üzv olacaq. Bununla belə, Ukrayna prezidenti Vladimir Zelenskinin bu həftə keçiriləcək sammitdən Kiyevin bloka qoşulması prosesini irəlilətmək üçün istifadə edəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki