Dünən, avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda Cənubi Qafqazın gələcəyini dəyişdirəcək tarixi hadisə baş verdi. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri NikolPaşinyan görüşərək sülh yolunda mühüm addım atdılar.
Bu görüşün nəticəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarasımünasibətlərin təsis olunması haqqında Saziş”in mətni razılaşdırıldı və xarici işlər nazirləri tərəfindən paraflandı. Bu, sadəcə bir sənəd deyil, regionda uzun illər davam edən gərginliklərin aradan qalxmasına doğru atılan real və tarixi bir addımdır.
Azərbaycan daim bölgədə sülh və əməkdaşlıq mühitinin yaranması üçün təşəbbüslər irəli sürüb. Ərazi bütövlüyümüzünvə suverenliyimizin tam bərpa olunmasından sonra bu proses üçün real zəmin yarandı. İndi isə həmin zəmin üzərində sülh sazişi reallığa çevrilməkdədir.
Vaşinqton razılaşması bir çox mühüm məqamları özündə ehtiva edir: 907-ci düzəliş” ləğv olundu, ATƏT-in Minsk qrupu ləğv edildi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı, Naxçıvana maneəsiz gediş-gəliş təmin olundu, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq memorandumu imzalandı.
Prezident İlham Əliyev görüşdə bildirib ki, bu razılaşma təkcə bizim bölgəmiz üçün yox, bütün dünya üçün yeni imkanlar açır. “Tramp rifah və sülh marşrutu” adlandırılan layihə ilə yeni əlaqələr qurulacaq, sərmayə və sabitlik üçün geniş imkanlar yaranacaq.
Bu səfər həm də Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı. Strateji Tərəfdaşlıq Xartiyası üçün Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumunun imzalanması iki ölkə münasibətlərini daha da möhkəmləndirəcək. Bundan əlavə, ABŞ Prezidenti tərəfindən 907-ci düzəlişin tətbiqinin dayandırılması rəmzi və siyasi baxımdan çox önəmli hadisədir.
Artıq Cənubi Qafqazda müharibə səhifəsi bağlanır və sülh, rifah, əməkdaşlıq dövrü başlayır. Bu uğurun əsasında isə Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti dayanır. Vaşinqtonda imzalanan sənəd həm region xalqları, həm də gələcək nəsillər üçün böyük bir ümid işığıdır.
Əfsanə İbrahimova
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III Kurs Tələbəsi