image-1backend

Vaşinqtonla Dehli arasında gərginlik

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatları ilə Hindistan bir-biri ilə strateji tərəfdaşlığa can atsalar və rəsmilər qarşılıqlı səfərlər reallaşdırsa da, Vaşinqtonla Dehli arasında mübahisə yaradan mövzular da var. Bunlardan biri dini etiqadla bağlıdır. Birləşmiş Ştatlar administrasiyası Hindistan hakimiyyətini ölkədəki dini etiqad azadlığı ilə bağlı vəziyyətə görə sərt tənqid edib. ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentinin dünyada dini azadlıqlarla bağlı illik hesabatını təqdim edərkən Hindistan haqqında bunları deyib: “Hindistanda biz məzhəb əleyhinə qanunların, nifrət nitqinin, dini azlıqların nümayəndələrinin evlərinin və ibadət yerlərinin dağıdılmasının həyəcanverici artımını müşahidə edirik”. Dövlət Departamentinin beynəlxalq dini etiqad azadlığı üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Hüseyn isə Hindistan polisinin fəaliyyətini bu sözlərlə tənqid edib: “Hindistan polisi hücumçuları həbs etmək əvəzinə müxtəlif ittihamlarla xristian icmalarının nümayəndələrini saxlayırlar”.
Dehli Dövlət Departamentinin bu hesabatını kəskin tənqid edib, sənədin qərəzli olduğunu vurğulayıb. Bu haqda Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Ranşir Jaişval ayrıca açıqlama ilə çıxış edib. “Biz bu ittihamları” rədd edirik deyən sözçü ABŞ-ın özündə daha ciddi problemlərin olduğuna işarə vurub. Hindistan mətbuatında Birləşmiş Ştatları dövlət mexanizmləri ilə idarə olunan imperiyaya bənzədiblər.
Beləliklə, Vaşqinton bir sıra hallarda tərəfdaşlarını hesabatlarla incik salır və bu, ABŞ-a xarici və təhlükəsizlik siyasətində əlavə problemlər yaradır. Çünki qərəzli adlandırılan bu hesabatlardan sonra Amerikanın tərəfdaşları xarici, o cümlədən təhlükəsizlik siyasətlərində alternativlər axtarmağa başlayırlar. Misal üçün Hindistan son illər BRİCS və Şanxay Əməkdaşlıq Çərçivəsində inteqrasiya proseslərinə marağını artırıb.
“Atlas” Araşdırmalar Mərkəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki