image-vatbackend

Vatikanın sülhməramlı missiyası Kiyevdədir

image-reklam_sirab_01

Vatikan nümayəndə heyəti mümkün sülh planlarını müzakirə etmək üçün Ukraynaya gəlib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, italyan kardinal Matteo Zuppi Ukraynada müharibənin dayandırılmasına kömək etmək üçün Roma Papası Fransiskin tapşırığı ilə sülhməramlı missiya ilə Kiyevdədir.

Məlumata görə, iki günlük səfər zamanı Vatikan nümayəndə heyəti Ukrayna hökumətinin nümayəndələri ilə görüşəcək, Kiyev rəsmilərinin mümkün sülh yolları ilə bağlı mövqelərini dinləyəcək, həmçinin gərginliyin azaldılmasına kömək edən humanitar səyləri dəstəkləyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki