image-1backend

Vedanta Hikməti: Stresssiz Həyat – Bakıda Düşünmə və Öyrənmə Günü

image-reklam_sirab_01

Bakı Muzey Mərkəzində 11 may tarixində “Vedanta Hikməti: Stresssiz Həyat – Düşünmə və Öyrənmə Günü” adlı xüsusi təlim keçiriləcək. Bu təlim öz şəxsiyyətiniz, münasibətləriniz və dünyadakı yeriniz haqqında düşünmək üçün bir fürsətdir.
ANSA Akademiyasının dəstəyi ilə təşkil edilən seminarda dünyaca məşhur Sudhakar “Stresssiz Həyat” mövzusunda mühazirə təqdim edəcək. Tədbir ingilis dilində olub rus dilinə tərcümə ediləcək. Hindistanın həyat fəlsəfəsi olan Vedanta, şəxsiyyətiniz və bu dünyada missiyanız haqqında daha aydın bir təsəvvür yaratmağa kömək edir. Bu düşüncə aydınlığı, daxili sülh, fəaliyyətlərdə uğur və münasibətlərə harmoniya qazandıran güclü intellektin inkişafı etdirilməsi üçün unikal bir fürsətdir.
Biletlər www.iticket.az saytında 10 AZN qiymətində satışa çıxarılıb.
Təlimlərə qoşularaq, Vedanta Akademiyasının tanınmış müəllim heyəti Sudhakar Dass və İrina Dvvarakın rəhbərliyi altında mühazirə və müzakirələrə iştirak edin.
Bakı Muzey Mərkəzində ANSA tərəfindən təşkil edilmiş qədim hikmət və özünütanımaya həsr olunmuş xüsusi günü qaçırmayın.

Media üçün əlaqə məlumatları:
Bikə Mir Qasımov
Email: [email protected]
Telefon: +94502500015

Redaktorlar üçün qeyd:
ANSA sorğu əsasında istənilən əlavə məlumatı, müsahibələri və fotoşəkilləri təqdim etməyə hazırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki