ABŞ Ukrayna münaqişəsinin həlli üçün çox konkret təklif hazırlayıb, Moskva və Kiyev onların təklif etdiyi planla razılaşmasa, Vaşinqton danışıqlar prosesindən çıxacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın vitse-prezidenti Cey D.Vens məlumat verib.
Bloomberg yazır ki, “ya onların razılaşa bilməsi, ya da ABŞ-ın bu prosesdən çəkilmə vaxtıdır”. ABŞ-ın vitse-prezidenti Tac Mahal ziyarətindən sonra mətbuata açıqlama verib.
“Ərazilərin mübadiləsi baş verməlidir”, – deyən Vens münaqişənin həllindən sonra sərhədin indiki cəbhə xətti ilə üst-üstə düşməyə biləcəyinə aydınlıq gətirib. Onun sözlərinə görə, indi hər iki tərəf “silahlarını yerə qoymalı, bu işi dondurmalı və ən yaxşı Rusiya və ən yaxşı Ukraynanın əsl yaradılmasına başlamalıdır”. O, münaqişənin həlli istiqamətində aparılan danışıqlara ümumən nikbin baxdığını vurğulayıb və həmçinin vurğulayıb ki, onun fikrincə, tərəflər indiyədək xoş niyyətlə danışıqlar aparıblar.