image-reklam-veteninfo
image-1backend

Venesuelada dövlət çevrilişinin qarşısı alındı

image-reklam-veteninfo

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez ekstremistlərin yenidən dövlət çevrilişi hazırladığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki , o, bu barədə milli televiziyada məlumat verib.“Biz, şübhəsiz ki, imperialist qüvvələr, Şimali Amerika imperializmi və onların müttəfiqləri tərəfindən dəstəklənən sağçı ekstremist faşistlərin yenidən həyata keçirdiyi dövlət çevrilişinin şahidi oluruq. Bununla belə, biz bu sınağın öhdəsindən gələcəyik”, – müdafiə idarəsinin rəisi bildirib.Venesuela Milli Seçki Şurası bazar günü keçirilən prezident seçkilərində hazırkı prezident Nikolas Maduronun qalib gəldiyini elan etdikdən sonra müxalifət etiraz aksiyalarına başlayıb.

Oxşar vəziyyət ölkədə əvvəlki prezident seçkilərindən sonra müxalifətin o zamankı lideri Xuan Quaydo özünü prezident səlahiyyətlərinin icraçısı elan edəndən sonra yaranmışdı. Həmin vaxt ABŞ da daxil olmaqla 60-a yaxın ölkə onu Venesuelanın müvəqqəti lideri kimi tanıyıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki