ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton İranla fikir ayrılıqlarının həlli prosesində “qamçı və şirniyyat” metodundan istifadə edir.
O, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
“İranlılar son bir neçə həftə ərzində gəmilərə zərbə endirməyiblər. Neft Hörmüz boğazından keçir, çünki Prezident Donald Tramp aydın şəkildə bildirib ki, İran gəmilərə zərbələr endirsə, biz cavab verəcəyik. Bəzən bu məsələdə qamçı və şirniyyata müraciət etmək lazımdır”, – Vens bildirib.
Onun sözlərinə görə, danışıqlar zamanı ABŞ İrandan həm müsbət, həm də mənfi siqnallar görür.
Vitse-prezident diplomatik səylərin vəziyyətin həllinə gətirib çıxaracağına ümid etdiyini bildirib. “Prezident bizə dedi: “Problem üzərində işləyin, danışıqların hara aparacağına baxın və diplomatik metodlar münaqişənin uğurlu həllini təmin etmirsə, hələ də bir çox fəaliyyət variantımız var və artıq Amerika vətəndaşları üçün çox şey əldə etdik”, – Vens deyib.


























