image-reklam-veteninfo
image-images-2backend

Vens: Tramp İranla münaqişənin uzunmüddətli müharibəyə çevrilməsinə imkan verməyəcək

image-reklam-veteninfo

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla mövcud qarşıdurmanın uzunmüddətli müharibəyə çevrilməyəcəyini bildirib.

Vens bu barədə “Fox News” telekanalının təşkil etdiyi ictimai müzakirə zamanı tələbənin sualını cavablandırarkən danışıb.

ABŞ administrasiyasının xaricdəki yüksək xərcli müharibələrə son qoymaqla bağlı seçki vədləri barədə suala cavab verən vitse-prezident bildirib ki, Donald Tramp ABŞ ilə İran arasında qarşıdurmanın sonsuz müharibəyə çevrilməsinə imkan verməyəcək.

Onun sözlərinə görə, Vaşinqton İran məsələsi ilə artıq 47 ildir məşğul olur. Vens həmçinin ABŞ-nin İranla qarşıdurma vəziyyətinin yeddi aydır davam etdiyini qeyd edib.

Vitse-prezident vurğulayıb ki, Tramp administrasiyasının məqsədi bu qarşıdurmanın uzunmüddətli müharibəyə çevrilməsinin qarşısını almaqdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki