image-reklam-veteninfo
image-1a2ae406-c6ba-4b72-a995-a991aab0e0e8backend

Vətənə həsr olunmuş ömür: Xüsusi Təyyinatlı Qüvvələrin əfsanəvi snayperi, baş gizir Mehman Şirəliyev

image-reklam-veteninfo

Azərbaycan Ordusunun şanlı tarixə yazdığı 44 günlük Vətən müharibəsi misilsiz qəhrəmanlıq səhifələri ilə doludur. Bu şərəfli salnamənin əsas memarlarından biri də illərini Vətənin müdafiəsinə bağlamış, Müzəffər Azərbaycan Ordusunun Xüsusi Təyyinatlı Qüvvələrinin (XTQ) baş giziri, əfsanəvi snayper qrupunun komandiri Mehman Şirəliyevdir.

Uşaqlıq arzusu və 22 illik şərəfli xidmət yolu
Hər bir insanın həyatında uşaqlıq illərində qəlbə düşən bir ideya olur. Mehman Şirəliyevin də uşaqlıq arzusu məhz hərbçi olmaq, Vətənin keşiyində dayanmaq idi. Bu ülvi arzu onu illər öncə hərb yolu ilə bağladı və o, 22 il ərzində Azərbaycan Ordusunda qüsursuz, şərəfli xidmət yolu keçdi.
O, illər boyu düşmən tapdağında qalan torpaqlarımızın azad olunması eşqi, intiqamı və nisgili ilə yaşadı. Qəlbindəki bu sönməz Vətən odunu hər zaman hərbi tapşırıqların icrasında bir nömrəli amilə çevirdi.

image-3dfa7665-6700-417c-bb04-b09680f9b93f
Cəbhənin əfsanəsi: XTQ-nin snayper qrup komandiri

Mehman Şirəliyev Azərbaycan Ordusunun Xüsusi Təyyinatlı Qüvvələrində sadəcə hərbçi deyil, əfsanəvi bir snayperçi və təcrübəli snayper qrupunun komandiri kimi tanınıb. Onun peşəkarlığı, soyuqqanlılığı və düşməni dəqiq nişan almaq bacarığı bir çox əməliyyatların taleyini həll edib.
Öz şücaəti ilə hələ illər əvvəl – 2016-cığın Aprel döyüşlərində də seçilən Mehman, düşmənə sarsıdıcı zərbələr endirən heyətin önündə olub. Aprel döyüşləri zamanı göstərdiyi igidlik onun gələcək böyük Zəfərin əsas müjdəçilərindən biri olduğunu sübut etmişdi.
image-e18f0c6a-5cf6-4268-baf9-615d629b1c66
30 il düşmən tapdağında qalan torpaqlarımızın azad olunması eşqi ilə ürəyi döyünən igidimiz üçün 44 günlük Vətən müharibəsi həmin müqəddəs amalın reallaşdığı gün oldu. Mehman Şirəliyevin qəhrəmanlıq yolu müharibənin ilk günlərindən – Cəbrail istiqamətindən başladı.
Düşmənin illərlə qurub möhkəmlatdığı keçilməz sədlərin və müdafiə xəttinin yarılması əməliyyatında XTQ-nin digər igidləri ilə birlikdə ön cərgədə irəliləyən komandir, müharibənin ilk günlərindəcə cəbhə xəttinin yarılmasında xüsusi qəhrəmanlıq səlnaməsi yazdı. O, düşmən səddini yarıb keçən ilk igidlərdən biri oldu.
Daha sonra Xocavənd istiqamətində gedən şiddətli və qanlı döyüşlərdə də düşmənə qan udduran Mehman Şirəliyev bu istiqamətdə yaralanmasına baxmayaraq, ruh düşkünlüyünə qapılmadı, Vətən sevgisini hər şeydən üstün tutdu.
Mehman Şirəliyevin döyüşlərdə göstərdiyi misilsiz şücaət və 22 illik qüsursuz xidməti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. O, Ali Baş Komandanın sərəncamı ilə bir sıra orden və medallara layiq görülmüşdür.
image-f6f0d0db-021f-4676-8c31-87976d129e2b
“Cəbrayılın azad olunmasına görə” medalı – Doğma torpaqların işğaldan azad edilməsindəki xidmətlərinə görə.
“Füzulinin azad olunmasına görə” medalı – Füzuli istiqamətindəki döyüşlərdə göstərdiyi fədakarlığa görə.
“Xocavəndin azad olunmasına görə” medalı – Xocavənd uğrunda döyüşlərdəki rəşadətinə görə.
“Qüsursuz xidmətlərə görə” medalı – Ordumuzdakı uzunmüddətli və nümunəvi fəaliyyətinə görə.
Mehman Şirəliyev kimi əfsanəvi snayperlər, qrup komandirləri və Xüsusi Təyyinatlı Qüvvələrin qəhrəman gizirləri bizim həm bu günümüzün, həm də gələcəyimizin qürur mənbəyidir. Uşaqlıq arzusunu Vətənə sədaqətlə birləşdirən, 30 illik həsrətə son qoyan igidlərimizin keçdiyi bu şərəfli yol heç vaxt unudulmayacaq və gənc nəslə əsl Vətənpərvərlik dərsi olaraq qalacaqdır!

Nahid Canbaxışlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki