“Veysəloğlu” MMC saxlama və distribusiya sahəsində beynəlxalq səviyyədə tanınan BRC Global Standard for Storage and Distribution standartı üzrə sertifikat əldə edib. Bu nailiyyət “Veysəloğlu”MMC-nin Azərbaycanda sözügedən istiqamət üzrə BRCGS sertifikatını əldə edən ilk şirkət olması ilə xüsusi əhəmiyyət daşıyır.
Sertifikat qida məhsullarının saxlanması və distribusiyası proseslərinin beynəlxalq qida təhlükəsizliyi və keyfiyyət tələblərinə uyğun həyata keçirildiyini təsdiqləyir. Sertifikatlaşdırma çərçivəsində məhsulların saxlanması, daşınması və distribusiyası ilə bağlı proseslər, risklərin idarə olunması və müvafiq nəzarət mexanizmləri beynəlxalq tələblər əsasında qiymətləndirilib.
BRCGS sertifikatının əldə edilməsi şirkətin qida təhlükəsizliyi, məhsul keyfiyyətinin qorunması və proseslərin effektiv idarə olunması istiqamətində yüksək standartlara sadiqliyini nümayiş etdirir. Sertifikatlaşdırma prosesi çərçivəsində şirkətin müvafiq prosesləri ətraflı auditdən keçirilib və nəticədə beynəlxalq standartın tələblərinə uyğunluğu təsdiqlənib.
Sertifikatın İspaniya əsaslı AGFO Spain Sociedad Limitada tərəfindən təqdim edilməsi bu nailiyyətin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstəricisi sayıla bilər.


























