image-65127500ed551backend

Viktor Orban: ”İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün tələsmək lazım deyil”

image-reklam_sirab_01

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün tələsmək lazım deyil.

Vətəninfo.az xəbər verir ki, Macarıstan parlamentində çıxış edən Viktor Orban deyib:

“İsveçin təhlükəsizliyinə heç bir təhlükə yoxdur”.

Macarıstan iyun ayında İsveçin NATO-ya üzvlüyünü təsdiqləməklə bağlı sessiyasının payıza qədər təxirə salındığını elan etmişdi.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Finlandiya və İsveç onilliklər boyu davam edən “hərbi neytrallıq” siyasətinə son qoymuşdu.

İki ölkə NATO-ya üzv olmaq üçün ötən ilin mayında müraciət etmişdi.
Xatırladaq ki, bu ilin aprelində Finlandiya NATO-ya üzv olmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki