image-11backend

Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edib

image-reklam_sirab_01

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsində vətəndaş qəbulu və sıra baxışı keçirib.

Bu barədə Vətəninfo.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, iki gün ərzində nazir 323 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib. Məlumata görə, keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 248 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 41-i Vətən müharibəsi iştirakçısıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki