İranın keçmiş xarici işlər naziri və ali rəhbərin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti, ABŞ prezidenti Donald Trampın son açıqlamasına kəskin reaksiya verib.
“Biz sizi meydanda məğlub etdik; ona görə də diplomatiyada qalib gələcəyinizi heç vaxt düşünməyin”, – deyə, Vilayəti bildirib.
O, Trampın İranla bağlı nüvə təhdidlərinə işarə edərək əlavə edib ki, ABŞ prezidentinin Pentaqonun məlumatlarına əsaslanan dəyərləndirmələrinə güvənməsi yanlış yanaşmadır.
Vilayəti xəbərdarlıq edib ki, ABŞ İranın “sakit mövqeyindən” istifadə edərək üstünlük qazana bilməyəcək.


























