image-reklam-veteninfo
image-1backend

Vitkoff: Bu İsrail və Türkiyənin münasibətlərinə töhfə verəcək

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə yaratdığı Sülh Şurasında İsrail və Türkiyənin iştirakı iki ölkə arasında münasibətlərin normallaşmasına və mövcud gərginliyin azalmasına kömək edə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff bildirib.

Vitkoff CNBC-yə müsahibəsində deyib ki, İsrailin baş naziri Binyamin Netanyahu ilə bu məsələni müzakirə edib və Netanyahu şuraya qoşulmağın vacibliyini anlayır. Onun sözlərinə görə, İsrail, Türkiyə və Qətər arasında müəyyən gərginliklər mövcuddur və ABŞ tərəfi bu ölkələr arasında dialoqun qurulmasına çalışır.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Sülh Şurasına qoşulacağını və Türkiyəni bu platformada xarici işlər naziri Hakan Fidanın təmsil edəcəyini açıqlamışdı. İsrailin baş naziri Binyamin Netanyahu da şuranın fəaliyyətində iştirakını təsdiqləyib.

Qeyd edək ki, Netanyahu bundan əvvəl bir neçə dəfə Türkiyənin Qəzza üzrə sülh prosesində iştirakına etiraz etmiş, xüsusilə beynəlxalq sabitləşdirmə qüvvələri çərçivəsində anklava türk qoşunlarının göndərilməsinin yolverilməz olduğunu vurğulamışdı.

Xatırladaq ki, 9 oktyabr 2025-ci ildə İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin icrası barədə razılığa gəliblər. Növbəti gün Qəzza zolağında atəşkəs qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail qoşunları anklav ərazisinin 50 faizindən çoxuna nəzarəti saxlayaraq “Sarı xətt” adlanan mövqelərə çəkilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki