image-1jpgbackend

Vladimir Putin Kremldə Hakan Fidanla görüşüb

image-reklam_sirab_01

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla iyulda Astanada görüşməyi planlaşdırdığını bildirib.

Bu barədə V.Putin iyunun 11-də Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamani deyib.

Putin qeyd edib ki, orada onların görüşüb bütün məsələləri müzakirə etmək imkanı olacaq. O, həmçinin H.Fidandan Türkiyə prezidentinə ən xoş arzularını çatdırmağı xahiş edib.

Qeyd edək ki, iyulun 3-dən 4-dək Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki