image-333backend

Vladimir Putin: Qərb Rusiya ilə əməkdaşlıq edən ölkələrə təzyiq göstərir

image-reklam_sirab_01

Qərbin Rusiya ilə əməkdaşlıq edən ölkələrə təzyiq göstərdiyini bildirən Vladimir Putin deyib: “Qərbli rəqiblərimiz Rusiya ilə qazanclı əməkdaşlığı məhdudlaşdırmaq üçün müxtəlif vədlər verir və tərəfdaşlarımızı şantaj etməyə çalışırlar”.

Vətəninfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada keçirilən II Avrasiya İqtisadi Forumunda çıxış edib.

Vladimir Putin deyib: “Qlobal iqtisadiyyat və ticarətdəki böyük böhranlara, əhəmiyyətli geosiyasi risklərə və qeyri-müəyyənliklərə baxmayaraq, Avrasiya İqtisadi İttifaqının iqtisadiyyatı 2022-ci ildə cəmi 1,6 faiz kiçildi”.

Ölkəsinin ədalətli və səmərəli qlobal əməkdaşlığa açıq olduğunu vurğulayan Vladimir Putin deyib: “Bundan fərqli hərəkət edənlər və ya davrananlar qlobal iqtisadiyyatı məhv edirlər. ABŞ yalnız öz inkişafını azaldan tendensiyanı gücləndirməklə özünə zərər verir”.

Qərb ölkələrinin Rusiya ilə əməkdaşlıq edən ölkələrə etdiyi təzyiqlərə reaksiya göstərən Vladimir Putin deyib: “Qərbli rəqiblərimiz Rusiya ilə qazanclı əməkdaşlığı məhdudlaşdırmaq üçün müxtəlif vədlər verir və tərəfdaşlarımızı şantaj etməyə çalışırlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki