image-reklam-veteninfo
image-222backend

Vladimir Putin: ”Türkiyə xilaskar rolunu oynayır”

image-reklam-veteninfo

Rusiya prezidenti Vladimir Putin Rusiyanın paytaxtı Moskvada keçirilən ”Rusiya enerji həftəsi”nin plenar iclasında açıqlamalar verib.

Vətəninfo.az xəbər verir ki, Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzindən danışan Vladimir Putin Azərbaycanın da layihəyə maraq göstərdiyini bildirib.

İşlər irəlilədikcə digər ölkələrin də layihəyə qoşulmasını gözlədiklərini qeyd edən Vladimir Putin deyib: “Biz ilk növbədə Avropa qitəsinə təbii qaz ticarəti üçün elektron platforma yaratmaqdan danışırıq.Bu layihəyə türk dostlarımız, biz və Avropada Rusiya resurslarını almaq istəyən hər kəs böyük maraq göstərir”.

Vladimir Putin “Türk axını” və “Mavi axın” vasitəsilə Türkiyəyə təbii qazı səmərəli şəkildə çatdırmağa davam etdiklərini və gələcəkdə bu infrastrukturun genişləndirilə biləcəyini bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki