image-1backend

Vladimir Zelenski:”O, şəxsi biz məhv etmişik”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib ki, ölkənin Təhlükəsizlik Xidməti Kiyevdə Donbasda qətllər və Maydan hadisələri ilə bağlı ittiham olunan şəxsi zərərsizləşdirib.

Bununla belə, Zelenski hüquq-mühafizə orqanlarının əməkdaşlarının hədəfinin bu yaxınlarda Moskvada “Əl Araqats” yaşayış kompleksində baş vermiş partlayış nəticəsində həlak olan DXR Boks Federasiyasının prezidenti, “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyan olub-olmadığını dəqiqləşdirməyib.

Ukrayna prezidenti qeyd edib ki, Milli Təhlükəsizlik Xidməti ukraynalıları öldürməkdə ittiham olunan şəxsin zərərsizləşdirilməsi üçün əməliyyat keçirib.

Amma o, yuxarıda qeyd olunan hadisələr arasında əlaqəyə aydınlıq gətirməyib.

“Belə olub-olmadığını söyləmək mənim üçün çətindir”, – Ukrayna lideri vurğulayıb.

Ukrayna lideri zərərsizləşdirilən şəxslə şəxsən tanış olmadığına da aydınlıq gətirib, həmçinin qətlə yetirilən şəxsin adını bilmədiyini qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ukraynada Sarkisyan Ukrayna silahlı qüvvələrinə qarşı hərbi əməliyyatlar aparan qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunub.

Onun qətli ilə bağlı müxtəlif versiyalar dolaşır. Rusiya xüsusi xidmət orqanları bunun çoxdan planlaşdırıldığını iddia edir, ehtimallardan biri də onun erməni əsilli kamikadze tərəfindən öldürülməsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image