Volkswagen 24 ildən sonra Touareg istehsalını dayandıracaq. Vətəninfo.az “Motor.ru”-ya istinadən xəbər verir ki, istehsalının demək olar ki, dörddə biri əsrdən sonra Volkswagen şirkəti nəhayət ki, özünün iri krossoveri Touareg-in istehsalını dayandırmağa hazırlaşır. İlk dəfə 2002-ci ildə təqdim edilən avtomobilin sadəcə varisi olmayacaq.
Volkswagen model seriyasında aparıcı yolsuzluq avtomobilinin rolu Tayron modelinə keçəcək. Belə bir qərarı indi daha kütləvi avtomobillərə mərc edən konsernin ümumi strategiyası diktə edir.
Touareg-in tarixi Volkswagen-i premium seqmentə gətirmək kimi iddialı vəzifə ilə başladı. Maraqlıdır ki, krossover Porsche ilə sıx əməkdaşlıqda yaradılıb: o, platformanı Cayenne modeli ilə bölüşür. İstehsal zamanı Touareg üç nəsil dəyişdi və bazarda təqdim olunan sonuncu, üçüncü nəsil 2023-cü ildə yeniləmə aldı.